PAŞA Holding · Regionun Aparıcı Hüquq Forumu

Dövlətin, biznesin və hüququn bir səhnədə görüşdüyü forum

PAŞA Holdingin təşkilatçılığı ilə 2025-ci ildən keçirilən LEGIS Hüquq Forumu — dövlət qurumlarını, aparıcı korporativ hüquqşünasları, akademiyanı və beynəlxalq ekspertləri bir araya gətirən regionun ilk genişmiqyaslı hüquq platformasıdır.

2025-ci ildən hər il 5 fevral tarixində Bakı, Azərbaycan

Rəqəmlərlə LEGIS

2
Keçirilmiş forum
1700+
İştirakçı
50+
Spiker
6
Panel
LEGIS 2025 700+ iştirakçı
LEGIS 2026 · Gülüstan Sarayı 1000+ iştirakçı
LEGIS 2027 Hazırlanır

Xəbərlər

Elanlar və xəbərlər

LEGIS Akademik Məqalə Müsabiqəsi
Elan

LEGIS Akademik Məqalə Müsabiqəsi

Hüquq ixtisası üzrə təhsil alan tələbələri, hüquq sahəsində peşə fəaliyyətinə yeni başlayan və ya bu sahədə 5 ildən çox olmayan peşə təcrübəsinə malik hüquqşünasları “LEGIS” Akademik Məqalə Müsabiqəsində iştirak etməyə dəvət edirik!

Haqqımızda

LEGIS nədir?

LEGIS — PAŞA Holdingin təşkilatçılığı ilə keçirilən regionun ilk genişmiqyaslı hüquq forumudur. Məqsədimiz hüquqi bilik mübadiləsi üçün platforma yaratmaq, qanunvericilik islahatlarını müzakirə etmək və ölkənin hüquqi ekosistemini təkmilləşdirməkdir.

Regional Platforma

Hüquq ictimaiyyəti üçün ilk genişmiqyaslı regional platforma — dövlət, özəl sektor, vəkillər və akademiya eyni səhnədə.

Yeni Təşəbbüslər

Qanunvericilik təşəbbüsləri, "White Paper" sənədləri və konkret islahat təklifləri üçün əlverişli mühit.

Davamlı Əməkdaşlıq

Dövlət qurumları, Vəkillər Kollegiyası və beynəlxalq institutlarla institusional əməkdaşlıq çərçivəsi.

İllər üzrə LEGIS

Hər il böyüyən bir platforma

5 Fevral 2025

LEGIS 2025 — İlk Regional Hüquq Forumu

700-dən çox hüquqşünas və dövlət məmurunu Bakıda bir araya gətirən ilk LEGIS forumu. Baş Prokuror, Ədliyyə Naziri, Milli Məclis Komitə sədri və PAŞA Holding rəhbərliyinin çıxışları ilə açıldı.

  • Panel: Dövlət-özəl sektor əməkdaşlığı (PPP)
  • Panel: Arbitrajın müasir hüquq sistemində rolu
  • Panel: Rəqəmsal ekosistem və texnologiya hüququ
  • Xüsusi qonaq: Sophia the Robot
5 Fevral 2026 · Gülüstan Sarayı

LEGIS 2026 — Hüquq Təhsili və Süni İntellekt

1000-dən çox iştirakçı ilə keçirilən ikinci LEGIS forumu Gülüstan Sarayında baş tutdu. Mövzu mərkəzində hüquq təhsili modeli və süni intellektin hüquqa təsiri dayandı; Harvard/Oxford tədqiqatçısı Jamie Susskind və Koç Holdingin Baş Hüquq müşaviri Kenan Yılmaz əsas spikerlər idi.

  • Panel: Azərbaycanın Hüquq Təhsili Modeli
  • Panel: Süni İntellekt və Hüquq — Tənzimləmə, Məsuliyyət, Gələcək
  • Esse müsabiqəsi qaliblərinin mükafatlandırılması
  • 6 beynəlxalq və yerli sponsor tərəfdaşlığı

Proqram

Keçmiş forumların gündəliyi

Açılış nitqləri

Kamran Əliyev, Fərid Əhmədov, Gündüz Kərimov, Əli Hüseynli, Cəlal Qasımov, Aytac Qasımova

Baş Prokuror, Ədliyyə Naziri, Prezident Administrasiyası, Milli Məclis, PAŞA Holding rəhbərliyi

Panel 1

Dövlət-özəl sektor əməkdaşlığı (PPP)

Moderator: İlham Hüseynov (PAŞA Bank) · Panelistlər: Bəxtiyar Aslanbəyli (BP), Elnur Əliyev (İqtisadiyyat Nazirliyi), Heydər Məmmədov (Baş Prokurorluq), Məmməd Abbasbəyli, Nuran Kərimov (Deloitte Azərbaycan)

Panel 2

Arbitrajın müasir hüquq sistemində rolu

Moderator: Kəmalə Mehdiyeva (Azərbaycan Arbitraj Assosiasiyası) · Panelistlər: Araz Poladov, Hugo Barbier (Peter & Kim, İsveçrə), Paolo Marzolini (Patocchi & Marzolini, İsveçrə), Nurlan Mustafayev (SOCAR)

Panel 3

Rəqəmsal ekosistem və texnologiya hüququ

Moderator: Ələkbər İsmayılzadə (Kapital Bank) · Panelistlər: Funda Tüfekçi (Trendyol Azərbaycan), Həbib Teymurov (Competo), Vüsal İsayev, Fərid İsayev (DVX), Arif Mehdiyev (PashaPay)

İnteraktiv seans

Xüsusi qonaq: Sophia the Robot

Hanson Robotics-in humanoid robotu ilə interaktiv sessiya

Spikerlər

Sahənin öndə gedən simaları

LEGIS 2025 və 2026 forumlarının gündəliyindəki natiqlər.

İnam Kərimov

Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri

Kamran Əliyev

Azərbaycan Respublikasının Baş prokuroru

Fərid Əhmədov

Azərbaycan Respublikasının ədliyyə naziri

Mikayıl Cabbarov

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Adil Kərimli

Azərbaycan Respublikasının mədəniyyət naziri

Əli Hüseynli

Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri

Gündüz Kərimov

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Lətif Hüseynov

Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi

Elnur Əliyev

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

Heydər Məmmədov

Azərbaycan Respublikası Baş prokurorunun müavini

Sənan Hacıyev

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının sədri

Məmməd Abbasbəyli

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi

Anar Bağırov

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri

Rövşən İsmayılov

Azərbaycan Respublikası Ədliyyə Akademiyasının rektoru

Araz Poladov

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri

Vüsal İsayev

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri

Fərid İsayev

Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin rəisinin müşaviri

Cəlal Qasımov

“PAŞA Holding” MMC-nin baş icraçı direktoru

Kəmalə Mehdiyeva

Azərbaycan Arbitraj Assosiasiyasının sədri

Bəxtiyar Aslanbəyli

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti

Kenan Yılmaz

“Koç Holding” A.Ş.-nin baş hüquq və komplayens müşaviri

Rəşad İbadov

ADA Universitetinin Hüquq fakültəsinin dekanı

Azər Əliyev

Almaniyanın Martin Lüter adına Halle-Wittenberg Universitetinin professoru

Jamie Susskind

Harvard və Oxford universitetlərində tədqiqatçı, İngiltərə və Uelsdə barrister, süni intellekt və texnologiya hüququna dair New York Times bestseller kitablarının müəllifi

Paolo Marzolini

İsveçrədəki Patocchi & Marzolini hüquq firmasının təsisçi partnyoru

Eren Kurşun

Esin Attorney Partnership (Baker McKenzie) şirkətinin idarəedici partnyoru

Hugo Barbier

İsveçrədəki Peter & Kim hüquq firmasının partnyoru, professor

Nuran Kərimov

Deloitte Azərbaycan şirkətinin vergi və hüquq üzrə partnyoru

Aytac Qasımova

“PAŞA Holding” MMC-nin Hüquq və Dövlət Qurumları ilə Əlaqələr Funksiyasının Direktoru

Nurlan Mustafayev

SOCAR-ın Korporativ hüquq departamentinin rəhbəri

İlham Hüseynov

“PAŞA Bank” ASC-nin Hüquqi Məsələlər departamentinin müdiri

Ələkbər İsmayılzadə

Vəkil, Ekspert

Arif Mehdiyev

“Kapital Bank” ASC-nin Hüquq departamentinin direktoru

Həbib Teymurov

“VLand Systems” MMC-nin Hüquq Departamentinin Direktoru

Funda Tüfekçi

Trendyol Qrup Azərbaycan şirkətinin Hüquq departamentinin rəhbəri

Bahar Kavuzova

“Deloitte & Touche” (Azərbaycan) şirkətinin hüquq və komplayens üzrə baş meneceri

Martin Knost

KPMG Law-un hüquq və süni intellekt üzrə meneceri

Davamlı layihələr

Forum bitəndən sonra da davam edir

Legis Jurnalı

"Legal Papers by LEGIS" ilk sayı 2026-cı ildə çap olunub. ~200 səhifəlik 2027 sayı hazırlanır.

Jurnalı oxu →

Mentorluq Proqramı

İkinci mentorluq proqramı davam edir — 30 mentor, ~400 müraciət. PAŞA Qrup hüquq direktorları gənc hüquqşünaslara mentorluq edir.

Esse Müsabiqəsi

Tələbə və gənc hüquqşünaslar üçün illik esse müsabiqəsi. Qaliblərin yazıları Legis jurnalında dərc olunur.

LEGIS Podcasts & InTalks

Aparıcı hüquqşünaslarla podkast epizodları; İnmerge İnnovasiya Forumunda LEGIS InTalks paneli ("AI, Copyright and the Law").

Nəşr

LEGIS Hüquq Jurnalı

№1 buraxılış · 2026 · 148 səhifə

Forumda səsləndirilən fikirlər yazıya köçür. Jurnalda hakimlərin, hüquqşünasların və alimlərin hüquq təhsili, vəkilliyin rəqəmsallaşması, investisiya etimadı, komplayens, süni intellekt və müqavilə hüququ mövzusunda məqalələri toplanıb.

Hüquqi fikir yazıya çevriləndə, irsə dönür.

Tərəfdaşlar

LEGIS 2026 sponsorları

Esin Attorney Partnership Deloitte KPMG Law Azerbaijan Kilinc Law Legalize ULBS Esin Attorney Partnership Deloitte KPMG Law Azerbaijan Kilinc Law Legalize ULBS

Tərəfdaş olmaq istəyirsiniz?

LEGIS-in sponsorluq və tərəfdaşlıq imkanları haqqında ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

Tərəfdaş olmaq üçün əlaqə saxla

Qanunvericilik təklifi

Qanunvericiliyin təkmilləşdirilməsinə töhfə verin

Hər kəs — fərdi şəxslər, şirkətlər və təşkilatlar — rastlaşdığı hüquqi problemləri və onların həlli yollarını LEGIS-ə təqdim edə bilər. Təkliflər normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması sənədinin strukturuna uyğun hazırlanır, LEGIS komandası tərəfindən nəzərdən keçirilir və hər biri qeydiyyat nömrəsi alır.

Təklif göndər
  1. 01

    Məqsəd və predmet

    Hansı akt, hansı problem və təklif olunan yeni redaksiya.

  2. 02

    Təhlil

    Mövcud qanunvericilik, tətbiq təcrübəsi və xarici ölkələrin təcrübəsi.

  3. 03

    Proqnozlaşdırma

    İnsan hüquqlarına, sosial, iqtisadi və ətraf mühitə gözlənilən təsir.

  4. 04

    Təsirə məruz qalan aktlar

    Dəyişdirilməli, ləğv edilməli və ya yeni hazırlanmalı aktlar.

LEGIS 2027

Üçüncü LEGIS Hüquq Forumuna hazırlıq davam edir

Tarix və məkan hələ təsdiqlənməyib — komandamız xarici keynote spikerlərin, panel mövzularının və məkanın seçimi üzərində işləyir. Paralel olaraq Legis jurnalının 3-cü sayı və mentorluq proqramının genişləndirilməsi üzərində iş davam edir.

LEGIS 2027 elan olunanda ilk siz məlumatlandırılın.

Əlaqə

Bizimlə əlaqə

Sualınız, təklifiniz və ya əməkdaşlıq ideyanız var? Formanı doldurun və ya bizə birbaşa e-poçtla yazın, komandamız sizə cavab verəcək.